Dövlət tərindən İş adamlarına yaradılan şərait, qanunvericiyə uyğun güzəştlər, eləcədə Cənab Prezidentin iş adamlarına göstərdiyi dəstəyi və verdiyi tapşırıqlara uyğun olaraq həqiqətən də ölkədə biznes mühitinin yaxşılaşmasına səbəb olub baxmayaraq ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər müsbət irəliləyişləri tam hiss etməyə imkan verməyib. Gömrük rüsumlarının azaldılması, Pandemiyaya görə tətbiq edilən karantinə görə sahibkarlara dövlət tərəfindən yardımlar edildi. Pandemiya bağlı karantin dövrü həqiqətən həm xalqımız həmdə, dövlətimiz üçün bir sınaq mərhələsidir və hal-hazırda da bu sınaq davam etməkdədir. Ancaq, bu şəraitdən sui istifadə edən iş adamları da oldu.
Araşdırmalar göstərir ki, bir sıra iş adamları pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyət və tələblərdən irəli gələn şəraiti biznes üçün əlverişli fürsət kimi dəyərləndirərək daha da varlanmaq məqsədi güddülər.
Azərbaycan kütləvi Informasiya vasitələrində (KİV) adı tez-tez hallanan iş adamlarının biridə Elçin Çarçıyevdir. Pandemiya dövründə hər bir kəsin ehtiyacı olan spirt istehsalı ilə məşğul olan Elçin Carçıyev yaranmış şəraitdən “məharətcəsinə” istifadə edə bildi, pandemiya dövrünə qədər təxminən 0.50-1.0 manat civarında satılan spirt 3.0-6.0 manat səviyyəsinə qədər bahalaşdı.
Ölkə mətbuatdandan məlum olduğu kimi, Elçin Carçıyev bir biznesmen kimi xüsusi imtiyazlara malik bir sahibkardır. Əvvəla qeyd edək ki, Elçin Carçıyevdə Ziya Məmmədov kimi Ramiz Mehdiyev klanına aid sahibkar hesab edilir və biznesdə əldə etdiyi uğurlarınında əsasında məhz belə arxalı olmasıdır. Xatırladaq ki, Elçin Çarçıyevin oğlu Murtuz sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxışovun nəvəsi ilə ailə həyatı qurub /unikal.orq/.
Görünən odur ki, pandemiyaya görə ölkəmizdə tətbiq edilən qaydaların tələbindən irəli gələn spirtə təlabatın artığını görən və onun qiymətini maya dəyərindən dəfələrlə baha satan Elçin Çarşıyev daha da varlanmışdır. Onun üçün də ağıla gəlməz biznes proyektləri “kəşf” etmişdir. Elçin Carçıyev Qazax rayonunda “Gilliyin stadionu” kimi tanınan məhəllə stadionunun ərazisini alıb, əvəzində 8 mərtəbəli yaşayış binası tikdirir /Yenixəbər.org/.
Gələcək nəslin sağlam böyüməsini təmin edən tək bir imkan olan stadiondan məhrum edən Elçin Carçıyev görəsən hansı prizmadan məsələyə baxmışdır, pul ya sağlam uşaqlar?!
Əslən Qazaxdan olan və qazaxlı uşaqların futbol sevincini əlindən alan Elçin müəllim özü uşaq olmayıbmı, olubsa uşaq sevincini, uşaq futbol stadionunu əlindən alanlara özü necə baxardı? Sual açıqdı…
Görəsən, bu məsələdə Qazax Rayon İcra Hakimiyyəti niyə biganəlik göstərir, yoxsa Elçin Carçıyevin varı onları da isidir?
Nə isə, Qazax camaatının ümidi ancaq Elçin Carçıyevin insafına qalıb, bəklə Allahın insafına gələ, stadiondan əl çəkə…
Ölkəmizdə fəaliyyət göstərən hər bir təşkilat, hər bir şirkət, hər bir iş adamı ölkə qanunlarına riayət etməlidir. Heç bir məmur unutmamalıdır ki, onlar xalqa xidmət etmək üçün tutduqları vəzifələrə təyin ediliblər.arx.az
Analoq.az