Axtarış...

Türkiyənin regiondakı “ayaq səsləri” düşmənin yuxusunu ərşə çəkib - GƏLİŞMƏ

Türkiyənin regiondakı “ayaq səsləri” düşmənin yuxusunu ərşə çəkib - GƏLİŞMƏ


Belarusda 9 avqust seçkilərindən sonra etiraz dalğası get-gedə böyüyür. Belarusun Azərbaycanın mühüm silah tədarükçülərindən biri olmasını, həmçinin onun Rusiya və Ermənistanla eyni hərbi-iqtisadi bloklarda təmsilçiliyini, Bakı ilə isti münasibətlərdə olan prezident Aleksandr Lukaşenkoya qarşı ermənilərin nifrətini nəzərə alsaq, proseslərin Qarabağ, ölkəmiz və Güney Qafqaz üçün də az önəm kəsb etmədiyi anlaşılar.

Təbii ki, Belarusdakı daxili ictimai-siyasi proseslərin gizli-açıq oyunçuları sırasında Rusiya öndə gəlir. O Rusiya ki, Ermənistanın 1 nömrəli müttəfiqi, daha dəqiqi, əsas mövcudluq qarantı olaraq qalır. Bu səbəbdən düşmən ölkədə yeni bir təlaş yaşanmağa başlayıb. Bu da ondan ibarətdir ki, Moskvanın Ukraynadan sonra öz diqqətini və resurslarını Belarusa yönəltməsi Güney Qafqaz səmtində onun imkanları və təsirlərini azaldar, fürsətdən istifadə edən Azərbaycan isə öz ərazilərinin azadlığı üçün hərəkətə keçər.

Güney Qafqazda isə son vaxtlar qardaş Türkiyənin “ayaq səsləri” daha aydın eşidilməkdədir. Hətta az öncə ilk dəfə olaraq, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə edib. Bu, rəsmi Ankaranın məsələdə artan rolunun Kreml tərəfindən qəbul və etirafı deməkdir.

Xəbis qonşularımızı ən çox əndişələndirən də budur - bölgədə Türkiyənin hərbi-siyasi faktor olaraq daha da güclənməyə, Rusiya amilinin isə zəifləməyə başlaması. Hərgah, daim ikiüzlü siyasət aparan Ermənistanın indiki rəhbərliyi, hətta cəmiyyətinin çox mühüm bir kəsimi Rusiyadan xoşlanmır. Nikol Paşinyan isə çox istərdi ki, Belarusda da “məxməri inqilab” baş versin və özü kimi biri Lukaşenkonu əvəzləsin, nəticə etibarilə Minskin Bakı ilə hərbi-texniki əməkdaşlığı zərbə alsın.

*****

“Əgər Qərb Rusiya ilə Lukaşenkodan sonrakı Belarusla bağlı razılığa gəlməsə, o, Rusiya üçün digər regionlarda problemlər yaradacaq”. Bunu Ermənistan prezidentinin keçmiş mətbuat katibi Armen Saqatelyan Belarusdakı proseslərin Qafqaza mümkün yansıması ilə bağlı danışarkən deyib.

“Bu, bizim üçün xüsusilə Türkiyənin son zamanlarda göstərdiyi davranışlar kontekstində böyük risk kəsb edir. Belarusdakı qeyri-stabillik Rusiyadan yeni resurslar istəyəcək. Bu, Moskvanın Cənubi Qafqaza diqqətinin azaldılmasına gətirib çıxara bilər. Belarusdakı qeyri-stabillik həmçinin inteqrasiya strukturlarının işinə neqativ təsir edəcək”, - deyə o bildirib.

Məsələyə Rusiyadan ekspert baxışları da maraqlıdır. Məsələn, Kremlə yaxın politoloqlardan biri kimi Stanislav Tarasov hesab edir ki, əgər Rusiya postsovet məkanı boyu öz siyasətini aktivləşdirsə, o zaman buna çox böyük məbləğdə vəsait sərf etməli olacaq.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1in.am erməni portalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya dövlətlərin müstəqil inkişaf etməsini istəyir ki, öz problemlərinin həlli üçün pauza qazana bilsin.

“Azərbaycan, Ermənistan, Gürcüstan və digər ölkələrin, əgər digər beynəlxalq sərmayələri almaq imkanları varsa, qoy alsın. Ancaq coğrafi mövqedən qaçmaq mümkün deyil axı. Ermənistanı götürək. Siz (Ermənistan - red.) ABŞ və ya Kanada ilə min dəfə, hətta Marsla da dostluq edə bilərsiniz, ancaq coğrafi yeriniz dəyişməyəcək. Burda obyektiv amillər var. Rusiya sizin (Ermənistanın - red.) təhlükəsizliyinizin yeganə qarantıdır. Başqa qarantlar varmı? Varsa, qoy Ermənistanı seçsin. Amma yoxdur. Məsələ heç də onda deyil ki, rusiyalılar sizin xoşunuza gəlir, ya gəlmir, ortada obyektiv amillər var. Biz başa düşürük ki, digər ölkələrə nə qədər yaxşılıq eləsək də, hamı bizi sevməyəcək. Onlar resurslarımızdan istifadə edə bilərlər, amma bizi sevməyəcəklər. Odur ki, imkan verin özlərinə başqa məşuq axtarsınlar”, - deyə Tarasov sonda ironik şəkildə erməniləri nankorluqda və ayağı sürüşkən qadın kimi “sol” getməkdə qınayıb.

*****

Əlbəttə, “qədim peşə”yə sadiqlik ermənilərin canındadır. Onların siyasətdə də oxşat davranış sərgiləməsi, o sırada bir tərəfdən Rusiyanın iqtisadi, siyasi-hərbi köməyini məmnuniyyətlə alıb, altdan-altdan ona asi çıxması və Qərb tərəfə boylanması, Rusiyanın başı üzərindən ABŞ və Avropa “gəlirəm” xarakterli siqnallar ötürməsi, qısacası, nankorluqları yeni məsələ deyil. Bunu Rusiyada da yaxşı bilirlər, qonşu Azərbaycanda, Türkiyədə və Gürcüstanda da.

Odur ki, Azərbaycan tam doğru olaraq, Qarabağ hədəfinə doğru qardaş Türkiyə ilə birgə, sinxron şəkildə, Rusiya amilini daha təsirsiz hala gətirmək taktikası ilə gedir. Bakı artıq öz Qarabağ hədəfi dəqiqləşdirib. İrəvan isə “xilas kəməri”ni eyni vaxtda həm Rusiyada, həm də Qərbdə axtarmaqla böyük güclərə qarşı təhlükəli “ikili oyun”unu davam etdirir - hansı ki, Bakıya Qarabağ istiqamətində əlavə manevr imkanları qazandırır.

Üstəgəl, ABŞ Konqresində Tovuz döyüşlərindən az sonra qəbul edilən ilk anti-erməni qətnaməsi göstərdi ki, ermənilərin öz köhnə vərdişlərinə uyğun olaraq, “sağ”, “sol” getmək davranışı onlara çox baha başa gələ bilər. O cümlədən Qarabağ məsələsində...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz