Axtarış...

XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində?

XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində?


Dövlət Təhlükəsizlik Xidmətinin ötən ayın 3-ü və 10-da Xarici İşlər Nazirliyində (XİN) apardığı antikorrupsiya həbslərinin miqyası böyüməkdədir. Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə XİN əməkdaşının həbsindən sonra nazirlikdə digər rəhbər şəxslərin, nazir müavinlərin də istintaqa cəlb olunacağı gözlənilirdi.

Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı yarıtmaz “evdən işləmək” özfəaliyyətindən sonra biabırçı şəkildə işdən uzaqlaşdırılması istintaqın işinin daha da sürətlənəcəyini göstərirdi.

Musavat.com-a daxil olan yeni xəbərə görə, XİN strukturlarındakı həbslərdən sonra başlamış cinayət işində sensasiya doğuran yeni faktlar üzə çıxıb. Bildirilir ki, cinayət işinin istintaqı həm nazirliyin özündə, həm ayrı-ayrı xarici ölkələrdəki səfirliklərdə, daimi nümayəndəlik və konsulluqlarda maliyyə-təsərrüfat pozuntularını üzə çıxarıb. Külli-miqdarda yeyintiləri əhatə edən maliyyə pozuntularının konkret həcminin müəyyən edilməsi üçün hazırda Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır. Yoxlamaların ilkin nəticələrinə görə, mənimsənilən vəsaitlər milyonlarla manatı əhatə edir. Bununla bağlı da yaxın günlərdə bəzi diplomatlar istintaqa cəlb olunacaqlar. Onların arasında ictimaiyyətə yaxından tanış olan şok isimlər də var. Rezonans doğuran həbslər də gözlənilir.

Xəbər verdiyimiz kimi, xarici işlər nazirinin iki müavinin - Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və uzun sürən sorğu-suala çəkiliblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi kimi yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir. Doğrudur, müavinlərdən yalnız biri - Ramiz Həsənov belə bir faktın olduğunu təkzib edib. O, hətta deyib ki, guya onun kurasiya etdiyi sahə fərqlidir və həbs edilənlərlə heç bir əlaqəsi yoxdur. Amma R.Həsənovun hansı sahəni kurasiuya etdiyi barədə nazirliyin rəsmi saytında məlumat var. Eləcə də istintaqa cəlb edilən Nadir Hüseynovun da kurasiya etdiyi sahə aydın göstərilib.

Məlumdur ki, N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyir. Konsulluq İdarəsi də Nadir Hüseynovun kurasiyasında olub. Nazirliyin İşlər İdarəsinin müdiri, həbs edilən Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə isə Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

Yeri gəlmişkən, R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavininin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.

Şok istintaqla bağlı xəbərləri izləyin...
Musavat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz