Axtarış...

Su problemi zamanı gözləmir ! - “İndidən ciddi addımlar atılmalıdır”



“Ölkəmizdə həm içməli su, həm də suvarma suları ilə bağlı qıtlıq yaşanır"

"Bu da gələcəkdə ciddi çətinliklər yarada bilər”



Ölkəmizdə iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib. Nazirlikdən bildirilib ki, su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur.

Qeyd olunub ki, genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsi mühüm rol oynayacaq.

Yaranmış durumu “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə su ilə bağlı ciddi problemin olduğu artıq heç kimə sirr deyil. İqtisadçı qeyd edib ki, bu problemin yaranmasında qlobal proseslərin təsiri var. Lakin yerli problemlərin olduğu da istisna deyil:

“Su resurlarımızın həcmi kifayət qədər azdır. Həm də suyu istifadə etməyimiz effektiv deyil. Problemin qarşısını almağın yollarından biri yaşıl zolaqların artırılması və yeraltı sulardan istifadə etməyi bacaran meşə zolaqlarının salınmasıdır.

Bu, həm iqlim dəyişikliklərinin qarşını alan bir faktor çevrilə bilər, həm də kiçik klimatik zonaların yaranması üçün effektiv rol oynayar. Lakin bu, zamana bağlıdır. İşin effekt verməsi ən azı 15-20 il çəkəcək. Çünki ağacların böyüməsi, mikro klimatik zonaların yanaması zamana bağlıdır.

Amma su problemi zamanı gözləmir. İndidən ciddi addımların atılması lazımdır. Çünki ölkəmizdə həm içməli su, həm də suvarma suları qıtlığı var. Bu da gələcəkdə ciddi problemlər yarada bilər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz