Orduya könüllü getmək istəyən 17 minə yaxın şəxs Müdafiə Nazirliyinə müraciət edib
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.
"Report" xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı düşmənin bu cür dezinformasiyalarına inanmamağa çağırıb: "Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt ünvanına on minlərlə müraciət daxil olub. Bu günədək Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır".