Axtarış...

Hacıqaabulun Ələtli kəndindində nələr baş verir – Vətəndaşın şikayəti

Millitv.az Redaksiyasına müraciət edən Hacqabul rayonunu Ələtli kəndindən Qasımov Rövşən Mirzəxan oğlu üzun illər Ələtli kəndinin Bələdiyyə üzüvü və bələdiyyədə müxtəlif vəzifələrdə işlədiyini bildirir.Şikayətçi son bələdiyyə seçkilərində rayon icra hakimiyyətinin bəzi səlahiyətli şəxsləri tərəfindən başına gətirilən oyunların ictimayətə və adiyatı qurumlara çatdırılması üçün üzünü mediya tutduğunu bildirdi

Hörmətli izləyicilər bizdə Hacqabul rayonunun Ələtli kəndindən Rövşən müəllimin bizə yolladığı ərizəni sizə təqdim edirik.

Ərizə

Yazıb sizə bildirirəm ki mən Qasımov Rövşən Mirzəxan oğlu 2017-ci ilin Avqust ayında əmir və müqavilə əsasında Hacıqabul rayon Ələtli kəndinin Bələdiyyəsində aparat rəhbəri (mühasib) vəzifəsinə təyin olundum.2019-ci il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyim irəli sürüldü.Seckiyə az qalmış Hacıqabul rayon ərazi idarə etmə üzrə şöbə müdiri İbad Haşımov məni yanına çağıraraq dediki bütün namizədlər kimi səndə 200(iki yüz) manat təbliğat və təşviqat kampaniyası üçün gətirməlisən.Halbuki seçki komissiyasının bütün xərcləri YAP tərəfindən qarşılanırdı.Seçki bitdikdən sonra mən müəyyən səbəblərdən secilmədim.Daha sonra mən Haşımov İbaddan 200(iki yüz) manat tələb etdikdə mənimlə düşman mövqeyində dayandı.Dedi ki mən və Səmədov Əslan səni sıralarımızda görmək istəmirik.Xəbərim olmadan məni Bələdiyyə muhasibliyindən azad etdilər.Pulu istədikdə isə İbad Haşımov mövzu ilə əlaqəsi olmayan adamların adını çəkərək onlardan almağımı dedi.Halbuki mən pulu onlara verməmişəm mən pulu İbad Haşımova vermişəm.Buna sübut olaraq deyim ki İbad Haşımov hələ işdən azad olmamış mən xəbərnaməli,F-119 göndəriş nömrəli,16 yanvar 2020 tarixli məktub ilə müraciət etdim: məni aldadıb aldığın 200(iki yüz) manatı qaytar.Məktuba rəsmi olaraq cavab vermədi.Sifahi olaraq dediki get dərdini kimə deyirsən de.Məlumat üçün bildirmək istəyirəm ki Hacıqabul rayonda və kəndlərdə bələdiyyə və icra hakimiyyəti nümayəndələrini Səmədov Əslan və İbad Haşımov təyin edirdi.Bunlarin yəni Səmədov Əslan və İbad Haşımovun vəzifəyə təyin etmə mexanizmi ancaq və ancaq kim daha çox rüşvət verdi prinsipi ilə icra olunurdu.Buna misal olaraq Hacıqabul rayon Ələtli kəndinin numanyənliyinin Sədri Həsənov Nuruş Qafur oğlu və sədr müavini Quliyev Dilsuzu göstərmək olar.Hec biri kəndin sakinləri deyil.Əziz Azərbaycan ictimaiyyəti xahiş edirəm siz vicdanlı qərar verin ömür boyu kənddə yaşamayan,kəndin ictimai həyatından xəbəri olmayan,kəndin sosial problemlərindən xəbəri olmayan, ümumiyyətlə kəndi tanımayan bu nümayəndə sədri Həsənov Nuruş kəndin hansı dərdinə dərman ola bilər.?!Mənim faktiki icra başçısı Rüstəm Xəlilovdan bir şikayətim yoxdur.Bu hadisələr onun zamanında baş verməyib.Rustəm Xəlilov icra başçısı təyin edilməsindən qısa müddət sonra bu iki şəxsi Səmədov Əslan və İbad Haşımovu vəzifəsindən azad etməsi Haciqabul sakinlərinin ürəyinə su səpdi.Hacıqabul da olan bütün haqsızlıqlara görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət etmişəm.Umud edirəm ki onunla gorusumdə baş verən haqsızlıqlari daha ətraflı izah edəcəyəm.

İmza: Qasımov Rövşən Mirzəxan oğlu

Biz bir redaksiya olaraq Ərizədə adı çəkilən qarşı tərəflərində fikirini dərc etməyə hazırıq.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz