Axtarış...

Nizami rayonunun icra başçısı qanunsuz tikdirdiyi restoranın qurbanı oldu - FOTOLAR



Millitv.az Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

Arif Qasımovun işdən çıxarılmasına səbəb kimi, onun Nizami rayon Məmmədəli Şərifli küçəsində yerləşən parkda qanunsuz olaraq özünə restoran tikdirməsi bildirilir.

Birdirmək istəyirik ki ,bu park Heydər Əliyev fondu tərəfindən ərazidə yaşayan insanların rahat istirahət etməsi üçün salınıb.

Parkın ərazisində başlanan tikliyə sakinlər dəfələrlə öz etirazlarını bildirsələrdə onların etirazına heç əhəmiyyətdə verən olmamışdı. Məsələ barədə dövlət başçısına edilən məruzədən sonra tikinti yerində çəkliş aparan AZTV - nin əməkdaşları baş verənləri içtimayiləşdirdikdən sonra restoranın söküntüsünü həyata keçirmişlər.

Bildirmək istəyirik ki, artıq park ərazisində tikilən restoran sökülüb və yerə qazon döşənilir.





Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz