Biləcəri qəsəbəsində dəmiryol vağzalının ətrafındakı parkda yerləşən restoranlardan birinin müdiri parka xüsusi löhvə qoyub və əhaliyə parkın restorana yaxın olan ərazisində gəzməyi qadağan edib. Vətəndaşlar həmin plakatın fotosunu Azinforum.az saytına göndəriblər və bizdən xahiş edirlər ki, restoran müdirinin bu harınlığını ictimailəşdirək. Hələlik bu qadağanı tətbiq edən restoranın adını dəqiqləşdirə bilməmişik. Mövzuya qayıdacayıq…
Azinforum.az