Axtarış...

Növbəti həftənin qapanma günləri ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”


“Operativ qərargah növbəti həftə ərzində sərt karantin rejimi günləri ilə bağlı qərar qəbul edib. Gələn həftənin beşinci günü iş günü müəyyən edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, şənbə günü də hərəkətə məhdudiyyət qoyulacaq:

“Bazar günü vətəndaşların istirahəti üçün saxlanılıb. Növbəti həftələrdə tətbiq olunacaq sərt karantin rejimində isə bazar günü təması minimum saxlamaq üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər”.

R.Bayramlı qeyd edib ki, gələn həftənin qaydaları ilə bağlı əlavə məlumat veriləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz