G20 dövlətləri və dəvət olunmuş ölkələr koronavirusla mübarizə üçün 21 milyard dollardan çox pul ayırmağa söz veriblər.
KONKRET.az xəbər verir ki, bu barədə 6 iyun şənbə günü G20 saytında yayımlanan açıqlamada bildirilir.
“G20 dəvət olunmuş ölkələrlə birlikdə COVID-19 pandemiyasına qarşı mübarizəni dəstəkləmək üçün qlobal səyləri əlaqələndirir və 21 milyard dollardan çox pul ayırmağı vəd edir” deyilib.
Bu vəsait diaqnozların qoyulmasına, peyvəndin yaradılmasına, müalicəyə, həmçinin tədqiqat işlərinə xərclənəcək.