Axtarış...

Bəziləri ailə yaxınlarının ölüm ayağında olması bəhanəsilə regionlara gedirlər - AÇIQLAMA



“Bəzi vətəndaşlar ailə yaxınlarının ölüm ayağında olmasını bəhanə edərək regionlara getməyə çalışırlar”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, regionlara getmək üçün bu kimi bəhanələrdən istifadə etmək olmaz:

“Karantin rejimi çərçivəsində tətbiq edilən qaydalarda regionlara səfərlərlə bağlı istisna hal kimi dəfn mərasimi ilə əlaqəli məqam qeyd olunub. Belə ki, yalnız dəfn mərasimində iştirak üçün ən yaxın qohumlara regionlara getməyə icazə verilir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz