Axtarış...

Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA

Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA
“Ölkədə işsizliyin aradan qaldırılması üçün prezident İlham Əliyev sərəncamlar imzalayır müvafiq tapşırıqlar verir: Bunlardan biri də ”DOST" İş Mərkəzinin yaradılması oldu. Cənab İlham Əliyev “DOST” İş Mərkəzi MMC-ni ona görə yaratdı ki, yerlərlə işsiz əhali işlə təmin olunsun, əmək haqqı alıb ailələrini dolandırsın.

DOST Mərkəzi nədir?

DOST agentliyi "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir.

DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edəcək.

Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməlidir.

Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməlidir.

Bundan başqa mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilməlidir.

ŞAMAXIDA DÖVLƏT BAŞÇISININ QƏRARI TƏRSİNƏ İCRA OLUNUR

Qaynarxett.az-a Şamaxıdan mənbəmizin verdiyi məlumata görə YERLİ Kommunal Təsərrüfat Birliyində Dost Mərkəzini aldadıb, saxta yollarla milyonlarla bedcə pulunu mənimsəyib.lər.

Dost Mərkəzlərinə “Haqqı ödənilən ictimai işlərlər”lə bağlı 404 nəfərin işə cəlb edildiyi barədə məlumat verilib. Guya Şamaxıda bir belə adam təmizlik-abadlıq işlərinə cəlb edilib. Reallıqda işə çıxanlar cəmi 40-50 nəfərdir.

Onlardan 15-20 nəfəri avtobazanın həyətində ən ağır işlərə cəlb olunub.(sökülən evlərin kubik daşlarını yük maşınlarına yığırılar)

Qalan adamların işlə təçin olunması yalnız kağız üzərində. Pullar isə “komunxoz2”müdiri Murad Mahmudovun cibinə axır. Deyəsən DTX-nın antikorrupsion əməliyyatları məmurlara görk olmayıb

Yaxın günlərdə bununla bağlı ətraflı reportajımız olacaq.

Qaynarxett.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz