“Məcburi köçkünlərin statusu ilə bağlı bir sıra çətinliklər var”.
“Report” xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vüqar Bayramov deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin bu kateqoriyadan olan şəxslərə xüsusi diqqəti var: “Bundan əlavə, məcburi köçkünlərin kompensasiyası ilə bağlı da müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, bununla bağlı məsələyə yenidən baxılmalıdır”.
Deputat həmçinin qeyd edib ki, “Gəlirlərin deklarasiyası haqqında” qanunun qəbul olunması zəruridir.