Axtarış...

Killion Munyama: Məruzənin əsas məqsədi məcburi köçkünlərlə bağlı vəziyyəti öyrənməkdir

Killion Munyama: Məruzənin əsas məqsədi məcburi köçkünlərlə bağlı vəziyyəti öyrənməkdir

“Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnamə ilə bağlı qiymətləndirmə məruzəsini hazırlayırıq. Bu qətnamə ötən il qəbul olunub. Nazirlər Kabineti bu mövzu ilə bağlı məsələnin nəzərdən keçirilməsini istəyib.

Bu fikri AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinin hazırlığı çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra bu mövzu üzrə məruzəçi Killion Munyama söyləyib.

Bildirib ki, qətnamə və məruzədə məcburi köçkün məsələsi ilə bağlı Azərbaycanın, Gürcüstan, Kipr və Ukraynanın adı var. Qətnaməyə bu dörd ölkənin adı daxil edilib, bir az da Türkiyədəki vəziyyətə toxunulub. Qətnamədə Ermənistanın və digər ölkələrin adı olmayıb. “Düşünürəm ki, erməni deputatın müdaxiləsinin, sonradan verdiyi sualın yeri deyildi. Ermənistanın adı nəyə görə bu siyahıya daxil edilməli idi?!

Xatırladıram ki, bu qətnamə çoxdan qəbul olunub. Bugünkü dinləmədə erməni deputatın müdaxiləsi çox yersiz idi”,-deyə K. Munyama vurğulayıb.

Qeyd edib ki, ölkəmizdə məcburi köçkünlərlə bağlı dəyişiklik olsa da, bu elə də böyük rəqəm deyil. Bir neçə il əvvəl Azərbaycanda 750 mindən çox məcburi köçkün olması bildirilirdi, ancaq son illər çox kiçik sayda insanlar öz doğma yurdlarına qayıdıb. Məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salınsa da məsələ hələ də gündəmdə qalmaqdadır.

Məruzədə bu məsələnin həllinə yardım edə biləcək daha çox mənbələr tapmağa çalışılıb. Məruzənin əsas məqəsədlərindən biri məcburi köçkünlərin qayıdışına kömək etməkdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz