Axtarış...

Ermənistan İranla sərhəd məhdudiyyəti müddətini uzatdı


Ermənistan hökuməti koronavirusun yayılması ilə əlaqədar İranla quru sərhədində məhdudiyyəti daha iki həftə uzatmaq qərarına gəlib.

“Sputnik Ermənistan”ın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində məlumat verib.

Fevralın 24-də Ermənistan hökuməti koronavirusla əlaqədar İranla quru sərhədini bağlayıb və hava sərhədini məhdudlaşdırıb.

“İranda koronavirusun yayılmasını nəzərə alaraq məhdudiyyətlərin daha iki həftə - 24 martadək uzadılması qərara alınıb”, - deyə Torosyan bildirb.

Onun sözlərinə görə, qərar martın 2-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra verilib.

Nazir qərarın çərşənbə axşamı günü açıqlanacağını və martin 4-ü qüvvəyə minəcəyini qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz