ABŞ-ın İrana qarşı sanksiyaları Tehranla ticari-iqtisadi münasibətləri inkişaf etdirən bütün ölkələrə təsir göstərir.
Millitv.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Mehr nyus" agentliyinə müsahibəsində Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan deyib. O, hətta AB-nin belə İranla maneəsiz əlaqələrin inkişafına kömək edə bilmədiyini deyib.
Tumanyan sanksiyaların İranın bank sahəsində məhdudiyyətlər yaratdığını, bunun da ticari proseslər və investisiya layihələrinə mane olduğunu vurğulayıb:
"Ermənistan hökuməti İranla energetika, qaz və nəqliyyat-kommunikasiyası sahəsində əməkdaşlığın davam etdirilməsi üçün maksimum səy sərf etməyə hazırdır. Mövcud problemlər birgə səylərlə həll edilməlidir".