Axtarış...

28 yaşında karyerasını bitirən dünya çempionumuz: “Gördüm ki, əvvəlki kimi döyüşə bilmirəm”



Boks üzrə dünya çempionumuz Elvin Məmişzadənin Oxu.Az saytına müsahibəsi

– Bu gün Boks Federasiyası qadınlardan ibarət millimizdə böyük məşqçi təyin olunduğunuzu açıqladı. Artıq demək olarmı ki, boksçu kimi karyeranızı başa vurdunuz?

– Bəli, karyeramı başa vurdum. Fəaliyyətimi məşqçi kimi davam etdirmək, bildiklərimi bundan sonra gələnlərə öyrətmək istəyirəm.


– 28 yaşında karyeranızı başa vurdunuz. Nəzərə alaq ki, qarşıdan Olimpiya Oyunları gəlirdi və martda Londonda keçiriləcək lisenziya turniri ilə Olimpiadaya vəsiqə qazanmaq şansınız vardı. Bu qərarın səbəbi nədir?

– 2019-cu ilin əvvəllərinə kimi çıxış etdim. Amma gördüm ki, əvvəlki Elvin deyiləm. Kiminsə qabağını kəsmək olmazdı. Azərbaycan çempionatının qalibi olmaq şərt deyil. Əsas məsələ kənarda qalib gəlib, Azərbaycan bayrağını qaldırmaq idi. Amma istədiyim kimi döyüşə bilmirdim. Azərbaycan çempionu olum, maaşımı alım – bu mənə yaraşan hərəkət deyil. Düzdür, mən o qədər də respublika birinciliyində çıxış etməmişəm, amma beynəlxalq yarışlarda nəticə verirdim. Amma Azərbaycan çempionu olanların çoxu kənarda nəticə verməyi bacarmırdı. Söhbət öz çəki dərəcəmdən gedir.

– Sizin çəkinizdə kim lisenziya turnirinə aparılacaq?

– Rüfət Hüseynov, Məsud Yusifzadə və adını unutduğum gənc boksçumuz var. Onlardan biri arasında seçim ediləcək.

– Yığmanın yeni kubalı baş məşqçisi ilə hər hansısa probleminiz yox idi?

– Mən bu məşqçi ilə heç vaxt toplanışda olmamışam. Sonuncu dəfə Vaqif Şirinov yığmada olanda komandada yer almışam. Onunla da heç bir problemim olmayıb. Yalnız ukraynalı baş məşqçimiz Leonid Layinski ilə problem yaşamışam. O məni başqa idmançı ilə dəyişdi. Amma sonra gördü ki, həmin boksçu da mənim yerimi vermir. Öz səhvini sonra görsə də, artıq gec idi. Bir də Vaqif müəllimin vaxtında yığmaya qaytarılsam da, əvvəlki formamdan uzaq düşmüşdüm. 2018-ci ildə döyüşməməyim məni çox geri saldı.

– Yəni, bir il döyüşməməyiniz karyeranıza çox təsir etdi...

– Bəli. Legioner məşqçi Azərbaycana niyə gəlir? Pulunu qazanmağa. O heç vaxt bizim dövlətə can yandırmaz. Biz burda bayrağımızı qaldırmağı, himnimizi səsləndirməyi düşünürük, onlar isə pulunu qazanmağı. Tək boksda deyil, digər idman növlərində də belədir. Beləcə nə qədər idmançılarımızı itirmişik. Gərək itirməyək, niyə gedib kənardan məşqçi, legioner gətirməliyik ki? Məsələn, futbol bizdə yarımçıqdır. Amma Qurban Qurbanov kimi azərbaycanlı məşqçi var. O, “Qarabağ”la tarix yazdı. Amma ömrü boyu yığmaya Braziliyadan, Xorvatiyadan məşqçi gətirdik, heç nəyə nail olmadıq.

– Belə başa düşdüm ki, legionerlərin millidə olmasının da əleyhinəsiniz. Amma indi çalışdığınız qadın millisində iki Kolumbiyadan legioner olmalıdır...

– Özümüzdə qadın boksçular olsa, lap əla olar. Amma qadın millisində biz buna məcburuq. Qızlarda buna daha çox ehtiyac var. Çünki Azərbaycanda qızları boksa yazdırmırlar. Buna tələbat azdır. Amma legioner gətirməklə göstərməyə çalışırıq ki, qadınlar da döyüşə bilir. Bununla da maraq yaratmağa çalışırıq.

– Teymur Məmmədov və Pərviz Bağırov kimi boksçularımız 25 yaşında karyeralarını bitirdilər. Bu tendensiya niyə belə davam edir?

– Düzdür, çox erkən yaşda karyeramızı bitirdik. Bir az elə bil ki, boksdan çox yorulduq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz