Teref.az-a göndərilən məqalə belə başlayır: Əlil və şəhid ailələrinin mənzil-məişət problemlərinin çözülməsi dövlətin prioritetlərindən sayılır və qanunla tənzimlənir . Sözügedən aztəminatlı ailələr mənzil yiyələri olmaq üçün qeydiyyatda olduqları şəhər -rayon icra hakimiyyətində mənzil növbəsinə götürülür və ƏƏSMN tərəfindən növbəliliklə mənzillə təmin olunurlar . İnsafən , nazirlik son 5-6 aldı bu sahədəki neqativ hallara son qoyub . Mənzil təminatında başlıca problem yaradanlar yenə də rayon icra hakimiyyətləri və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir (DƏDRX) . RİHlər on minlərlə manat qarşılığında istənilən əlil, şəhid ailəsini DƏDRX-nın eyni rüşvət-korrupsiya arayışı ilə növbəyə götürüb , hətta növbəni də rüşvət qarşılığında irəli çəkirlər . ƏƏSMN isə bu halları yoxlamır , ona daxil olan növbə siyahısını əsas tutur . Maraqlıdır , elektron əlillik təyinatında tibb müəssisəsinin , hətta Mərkəzi Hərbi Klinikanın arayışını “ekspert rəyi” ilə saxta çıxaran ƏƏSMN , ev növbəliliyinin saxtalığını niyə yoxlamır ? Eyni zamanda , ƏMDK yanında DƏDRX rüşvət qarşılığında saysız-hesabsız əmlakı , villaları olanlara adlarında əmlak olmaması haqqında arayış verirsə , onda həqiqi mənzil ehtiyacı olanların uzun illər növbələrdə “qocalıb ölmələri”nin səbəbi məlum olur . “ Jurnalistlər evi”nin timsalında DƏDRX-nın arayışlarının mənzil bölgüsündə əhəmiyyət daşımadığı ortaya qoyulub. Mənzil təminatının elektronlaşdırılmaması əmlak , icra hakimiyyəti orqanlarının rüşvətxorluğuna hesablanıb .
Daha sonra teref.az-a yazan məqalə müəllifi yazır, dekabrın 24-də Prezident Nizami rayonunda əlil və şəhid ailələri üçün beş il ərzində tikilən 96 mənzilli yaşayış binasının açılışını etdi və. .. cəmi 5 nəfərə mənzil hədiyyə edildi . Qalan 91 nəfərin kimlikləri isə gizlədilir . Belə gizlilik isə rüşvət -korrupsiya şübhələrinə yol açır . Necə olur , Bakıdan kənarda hətta bircə mənzil veriləndə televiziyalar çəkib göstərir , amma şəhərin içində beş ildə bir ev tikilib və 96 mənzil yiyəsindən 91-i üzə çıxmır! ? Bu, həm də Prezidentin öz ad günündə əlil və şəhid ailələrinə mənzil paylaması ənənəsini urvatdan salmaqdır . 91 mənzil yiyəsinin gizlin saxlanılması ƏƏSMN yanında DSMF-in şöbə müdiri Vüqar Behbudovun “sosial mənzil siyasəti”nin əsas prinsiplərindəndir . ƏƏSMN təmsilçiləri bu gizliliyi açsalar , ev alanların çoxunun bir neçə mənzil , hətta villa yiyələri olmaları üzə çıxacaq , deputatdan tutmuş jurnalistlərə kimi dövlətin ev verdiyi şəxslərin adları açıqlanacaq . Bu açıqlama isə əlil və şəhid ailələrinə mənzil verilməsinə də ləkə salan ƏƏSMN təmsilçilərinə sərf eləmir .
Evsiz müharibə əlilləri
Qeyd: DSMF-nin saytına axtarış versəniz siz ev növbəsinə duranların ancaq 2014-5 ilə qədər olanlarının siyahısını görərsiniz ki, bu da sabiq nazirdən qalan "yadigar"dır. Görəsən yeni gələn nazirimiz və onun yenilənmiş aparatı nədən siyahıları gizlədir?
Teref.az