Axtarış...

Nərimanov rayonununda başçısının dəyişməsi gündəmdədir - İDDİA



Teref.az-a danışan məlumatlı mənbənin verdiyi məlumta görə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adı postunu təhvil verərək istintaqa çəllb olunacaq başçıların sirasında ən birincilərin içində çəkilir.
Nərimanov rayonunda ard arda baş verən ÇP-lər başçının taleyinin həll olunmasında önəmli rol oynayır..
Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rafael Abdullayevin Azərbaycanı tərk edərək, Ukraynaya qaçması haqda məlumat yayılmışdı, ondan bir qədər sonra prespektivli cavan kadr olan Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu doğum günü məclisindən sonra yaşadığı evdə özünü asaraq intihar etməsi özündə bir çox açılmayan müəmmalar daşıyır. Düzdür İcra Hakimiyyətindən bunların hrəsinə bir don geyindirdilər . Bütün bunlara Abdin Fərəzliyevə qarşı göstərilmiş inamın son damlasıda demək olar.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adı son vaxtlar ən çox şikayət olunanlar sırasındadır. Bu şikayətlər əsasən rayon ərazisində həyata keçirilən sosial və biznes layihələrində icra hakimiyyətinin qeyri müəyyən maraqlarından qaynaqlanır. Xüsusi ilə Bakı şəhərində həyata keçirilən pilot layihələr çərçivəsində ən çox şikayət də Nərimanov rayonunundandır. Bu barədə media da dəfələrlə tənqidi yazılar dərc olunub. Həmin şikayətlərdə birmənalı olaraq vurğulanır ki, pilot lahihələri həyata keçirən şirkətlərlə İcra Hakimiyyətinin maraqları üst-üstə düşür. Nəticədə isə sakinlər kütləvi şəkildə hakimiyyətdən narazı salınır. İcra Hakimiyyətinin Rəfail Abdullayevin tutduğu vəzifəsindən azad olunmasnıı bu şikayətlərə bağlayaraq diqqəti başçı Abdin Fərzəliyevdən yayındırmaq istəyi başa düşüləndi. Lakin onların nə deməyndən asılı olmayaraq axırıncı intihar hadisəsi ilə bağlı bir çox müəmmalar qalmaqdadır.
Bu şikyətlər tək Abdin Fərzəliyevlə bitmir, onun 1 -ci müavini Şahmar İbadovda ən çox şikayət olunan və adı bir çox korrupsiya əmllərində hallanan məmurlardan sayılır. Bunların ən qalmaqallısı bu yaxınlada məhkəmə predmeti olan əlillərin ev məsələsi idi.
Mənbənin dediyinə görə bütün bunlara görə Nərimanov rayonunda başçının dəyişilməsi labudləşir.
Teref.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz