Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun özünün və rəhbərlik etdiyi qoçu dəstəsinin rayon sakinlərinə etdiyi zülmlər, onlar üçün yaratdığı çoxsaylı problemlər əkəriyyəinə yaxşı məlumdur. Məhz bütün bu özbaşınalıqların nəticəsidir ki, ölkə başçısı X.İsgəndərovu tutduğu postdan uzaqlaşdırmış, əlaqədar qurumlar sabiq icra başçısı dövründə aparılan bir sıra tikintilərin sökülməsini həyata keçirmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin başısı postuna həyata keçirilən yeni təyinat, yeni icra başısı haqqında vətəndaşlar tərəfindən səsləndirilən təqdir və təriflər də rayon sakinlərini cana doyduran qanunsuzluqların aradan qaldırılacağına böyük ümidlər yaratmaqdadır.
Bu günlərdə cumhuriyyet.az-a daxil olan məlumatda X.İsgəndərovun dönəmində bələdiyyə oranlarına yerləşdirilən bəzi şxəslərin onun gedişindən sonra da at oynatması, sadə vətəndaşların haqlarını tapdalamaqda davam etmələri ilə bağlı informasiya daxil olub. İnformasiyada Xocasən bələdiyyəsinin sədri Anar Abbasovla bağlı narazılıq xüsusilə diqqət çəkir.
Nuh desə də, peyəmbər deməyən bələdiyyə sədri
Mənbənin verdiyi məlumata görə, X.İsgəndərovun timsalında “gözü çıxmış qardaşın” başına gələnlərdən dərs çıxarmayan Xocasənin bələdiyyəsinin sədri Anar Abbasov bu gün də öz əməllərindən əl çəkmir. Belə ki, bələdiyyələrin sərəncamındakı torpaqları özünəməxsus şəkildə “istila edən” Anar Abbasov, bələdiyyə sərncamında omayan torpaqlara da əl uzatmaqdan çəkinmir. Belə ki, onun bəzi dövlət qurumlarına məxsus olan torpaq sahələrini ayrı-ayrı vət’ndaşlara satması ilə bağlı informasiyalar mövcuddur. Hansı ki, bu alqı-satqı sonrakı dönəmdə vətəndaşı müxtəlif dövlət qurumları ilə üz-üzə qoyur ki, bu da sadə vətəndaş üçün əlavə vaxt, pul və enerji itkisi deməkdir.Lakin bələdiyyə sədrinin həyata keçirdiyi “torpaq istilası” zamanı ən çox tətbiq etdiyi “işğal vasitəsi” cizgi planlarının dəyişdirilməsi ilə bağlıdır.
Cizgi filminə bənzəyən “cizgi planı əməliyyatı”, yaxud “multfilimsayağı “işğal”
Bilgili qaynağın sözlərinə görə, bələdiyyə sədrini “məşhurlaşdıran” əməllərdən biri də eyni torpaq sahəsini bir neçə şəxsə satması ilə bağlıdır. Hansı ki, bəlli bir müddətdən sonra üzə çıxan bu addım vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanır. Bununla ba]l; cumhuriyyet.az-a daxil olan məlumata görə işin ən maraqlı tərəfi isə A.Abbasovun bu məsələdə tamamilə yeni bir “metod” ortaya qoyması ilə bağlıdır. Belə ki, hər hansı torpaq sahəsinin arxasındakı cizgi planını dəyişdirməklə bələdiyyə sədri ona yeni görkəm, “yeni can” verir və həmin sənədi “yenilənir”. Bununla da “yeni sənəd” meydana gəlir ki, bu da öz növbəsində yeni müştəri, yeni gəlir deməkdir.
Mənbənin bildirdiyinə görə, A.Abbasovun cizgi filminə bənzəyən cizgi planı əməliyyatından əziyyət çəkən xeyli sayda vətəndaş var ki, onlar sahib olduqları torpağın bu cür – “multfilimsayağı işğalına” görə bələdiyyə sədrini ittiham etslər də , hələ də öz haqlarını, pozulan hüquqlarını təmin edə bilməyiblər.
Bələdiyyə sədrinin vətəndaşlara neft torpaqlarında vəd etdiyi “sosial səadət”
A.Abbasovla bağlı səsləndirilən ittihamlardan biri də bələdiyyə sədrinin neft torpaqlarının bir hissəsini də vətəndaşlara satması ilə bağlıdır. Mənbənin sözlrinə görə, hətta Xocasən, Sulutəpə ərazisindəki bəzi neft buruqlarının 15-20 metrliyindəki torpaq sahələrinə də bələdiyə sərncamları yazılıb ki, bu da sonrakı dönəmdə vətəndaşla Dövlət Neft Fondu arasında ciddi qarşıdurma və narazılığa səbəb olub. Əlaqədar qurumlar neft torpaqları üzərində inşa edilən ev və yardımçı təsərrüfatları söküblər ki, nəticədə itirən tərəf yenə də adi vətəndaşlar olub.
Başqa sözlə desək, bələdiyyə sədrinin neft torpaqları üzərində vətəndaşlara vəd etdiyi “sosial səadət” insanların sosial faciəsi ilə nəticələnib.
– Bələdiyyə sədrini məşhurlaşdıran “sənət əsərləri” hansılardır?
– Anar Abbasovu hansı başçı müavini himayə edir?
– Bələdiyyə arxivlərinin təftişi daha hansı mətləblərə aydınlıq gətirə bilər?
– Xocasən bələdiyyəsi ilə “qardaşlaşan” Binəqədi bələdiyyəsi ilə bağlı narazılığın arxasında nə dayanır? cumhuriyyet.az