Axtarış...

Karantin dövründə ən çox uşaq bu rayonda doğulub - RƏSMİ



Bu ilin aprel ayında, yəni koronavirus infeksiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycanda dövlət qeydiyyatına alınan doğum sayı məlum olub.

Millitv.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Cari ilin aprel ayında qeydiyyat orqanlarında 6 097 doğum dövlət qeydiyyatına alınıb və say baxımından ilk beşlikdə doğumu daha çox Ədliyyə Nazirliyinin Cəlilabad, Lənkəran rayon və 1, 2, 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz