Axtarış...

İranda 17 nəfər həbs edildi - AKSİYALARA GÖRƏ



İranda benzinin bahalaşmasına qarşı aksiyaların təşkilində şübhəli bilinən 17 nəfər həbs edilib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, onlar əsasən Luristan əyalətindəki aksiyalarda fəal iştirak ediblər. Bildirək ki, Tehrandakı rəsmi mənbələr aksiyalar zamanı həbs edilənlər barədə məlumat yayıb. Onların sayı barədə dəqiq məlumat verilməsə də, həbsxanalarda nəzərdə tutulduğundan çox məhkumun olduğu deyilib.

Qeyd edək ki, İranda benzinin 3 dəfə bahalaşması etiraz aksiyalarına yol açıb. Aksiyalar zamanı çox sayda insan həyatını itirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz