Axtarış...

Azərbaycanda yanğınlar törədən 15 nəfər HƏBS EDİLDİ - 17 NƏFƏR İSƏ...

Azərbaycanda yanğınlar törədən 15 nəfər HƏBS EDİLDİ - 17 NƏFƏR İSƏ...

Azərbaycanda taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür.

Sonxeber.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından virtualaz.org-a daxil olan məlumatlara görə son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb.

Məlumatda deyilir ki, əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdrilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək.

Qeyd edək ki, ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz