Axtarış...

YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar

YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar

"2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq".

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub:

"Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb".

N.Əliyev qeyd edib ki, 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır: "Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir. Bu səbəbdən yeni buraxılış imtahanı modelində essenin yazılması nəzərdə tutulmayıb".

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz