Dünən Qusar rayonunda 31 yaşlı Sərxan Sərxanovun dağlıq ərazidə dərədən yıxılaraq ölməsi hadisəsinin təfərrüatları məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Quxur kəndi yaxınlığında hündürlükdən dərəyə yıxılan Sərxanov Sərxan Sahib oğlu Gədəzeyxur kəndinin sakini olub. O, Quxur kəndi yaxınlığındakı kartof sahəsində günəmuzd fəhlə kimi işləyirmiş və dünən işdən sonra iş yoldaşları ilə nahar edib. 31 yaşlı şəxs daha sonra içkili vəziyyətdə Gədəzeyxur kəndindəki evinə qayıtmaq üçün yola düşüb.
Ehtimal edilir ki, S.Sərxanov dumanlı hava şəraitində yolu itirib və dərəyə yıxılıb.
Hazırda onun meyitinin dağlıq ərazidən götürülməsi istiqamətində iş aparılır.