Bakı sakini Fəqan Əmiraslanov sentyabrın 21-də şəhərin 8-ci mikrorayon ərazisində yerləşən “Rahat” marketdən çıxarkən pulqabını itirib.
Onun Reportyor.info-ya verdiyi məlumata görə, pul kisəsini kimin götürdüyü ərazidəki video kadrlarda öz əksini tapıb.
Lakin Binəqədi Rayon Polis şöbəsinin 5-ci polis bölməsi və onun təhqiqatçısı Nihat Məmmədli pulqabını itirən vətəndaşın müraciətinə baxmır. F.Əmiraslanovun sözlərinə görə, pul kisəsində 850 manat, 3 bank kartı, şəxsiyyət vəsiqəsi və başqa sənədlər olub. Amma polis bölməsi onun şikayətinə baxmır, video kadrda pulqabını götürən həmin şəxsi aşkarlayıb saxlamır.
“Hadisə şənbə günü olduğuna görə dedilər ki, əməliyyatçı yoxdur. Sonra işə soyuq yanaşadılar. İndisə işə rədd verilib. Məhkəməyə də müraciət etmişəm.
Necə olur ki, video fakt var, amma pulu götürən adam tapılmır?”, – deyə şikayətçi sual edib. O, Daxili İşlər naziri Vilayət Eyvazovdan xahiş edib ki, polis bölməsinə işə baxılması üçün tapşırıq versin.
Reportyor.info