Axtarış...

Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA

Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA Azərbaycanda nazir dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın vaxtlarda maliyyə naziri postunda dəyişiklik baş tuta bilər və bu da yeni baş nazirin köhnə maliyyə naziri ilə işləmək istəməməsi ilə əlaqədardır.

Xatırladaq ki, bir neçə gün əvvəl nazirlərdən birinin yol salınacağını xəbər vermişdik.

Məlumatlı mənbə dia.az-a bildirir ki, dəyişikliyin bu ay ərzində baş verəcəyi gözlənilir.

Eyni zamanda səhiyyə nazirinin və daha bir neçə nazirin də yol üstündə olduğu deyilir.

Onlar da yeni baş nazirin "qara siyahısı"ndadırlar.

DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz