Axtarış...

Azərbaycanlı biznesmen Rusiyada adını dəyişib "Rail" oldu – ŞOK FAKTLAR



Azərbaycan Beynəlxalq Bankının Moskva filialından külli miqdarda pul götürərək mənimsədiyinə görə həbs edilən biznesmen Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni, mənimsəmə və israf etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Rauf Allahverdiyev işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.
Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.
Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz