Axtarış...

Bəşər Əsədin əmisi oğlu Rusiyaya borcuna görə həbs edildi

Bəşər Əsədin əmisi oğlu Rusiyaya borcuna görə həbs edildi

Suriya lideri Bəşər Əsədin əmisi Məhəmməd Makluf təcili olaraq Dəməşqə çağrılıb. O, Rusiyanın borcunun ödənilməsi ilə bağlı öz övladları ilə söhbət edib. Bildirilir ki, söhbət bir neçə milyarddan gedir. Ancaq Rami Makluf başda olmaqla onlar öz sərvətlərini bölüşməkdən imtina ediblər.

FaktXeber.com-un məlumatına görə bu barədə "Watan" nəşri xəbər verib.

Suriya prezidenti Bəşər Əsəd Rusiyanın borcunu ödəmədiyinə görə əmisi oğlu Rami Maklufa qarşı istintaq başladıb. Gəncin özü İnstagram səhifəsində daim dəbdəbəli həyatı - bahalı maşınlarını və beşulduzlu otellərdə tətili ilə bağlı fotoları paylaşır.

Bundan əvvəl iş adamı Macluff Rusiyanın 3 milyard dollar məbləğində borcunu ödəmək üçün pulunu bölüşməkdən imtina edib.

Nəşrin məlumatına görə, iyirmidən çox sahibkarlarda da axtarışlar aparılıb. Əsəd Macluffun payı olduğu şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bunların arasında Suriya Telekom televiziya şirkəti də var.

Suriya prezidenti həmçinin Maclufa aid olan "Əl-Bostan" adlı hərbi təşkilatın ləğvini əmr edib.

Xatırladaq ki, Macluf AB-nin sanksiyaları altındadır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz