Axtarış...

Gömrük keçid məntəqələrindəki iki pəncərə: “Saatlarla gözləməli olurlar” - Bu qurum ancaq narazılıq yaradır...

Gömrük keçid məntəqələrindəki iki pəncərə: “Saatlarla gözləməli olurlar” - Bu qurum ancaq narazılıq yaradır...

Ötən gün Dövlət Gömrük Komitəsində ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib.
“Yeni Sabah” xəbər verir ki, görüşü şərh edən ekspert Osman Gündüz düyib ki, görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. Amma qəribədir ki, iştirakçılar arasında Dövlət Sərhəd Xidməti olmayıb:

“Özləri də qeyd edirlər və müşahidələr də göstərir ki, hazırda gömrük- sərhəd buraxılış məntəqələrində əsas problem DGK və DSX arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də bu problem öz həllini tapmayıb.

Yəni, hazırda real durum belədir ki sərhəddə iki pəncərə, DGK və DSX pəncərələri var bütün gömrük-sərhəd proseduraları paralel olaraq hər ikisində aparılır.

Əlavə, lazımı proseduralar mövcuddur. Bir neçə yerdə pasport yoxlamaları var.

Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır.

Qeyd etmək lazımdır ki son zamanlar gömrük sistemində bir xeyli müsbət dəyişikliklər baş verib. Sərhəd-büraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün, gömrük proseduralarının sadələşdirilməsi üçün müəyyən addımlar atılıb.

Amma müşahidıələr göstərir ki, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə iki əsas problem öz həllini tapmalıdır :

1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, yenidən tənzimlənməlidir. Əgər biz istəyiriksə ki Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə edək onda vacibdir ki bu iki qurum arasında yoxlamalardakı paralelçiliklər aradan qaldırılsın.

2. Gömrük Məcəslləsi yenidən işlənməlidir. Gömrük tariflərinə yenidən baxılmalıdır.DGK Gömürk Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olardıkl işlər aparırdı, bir xeyli görüşlər keçirilib təkliflər hazırlanmışdı. Amma bu məslə hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında , məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz