"Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin rəisi Vaqif Xəlilov işdən azad edilib.
Millitv.az Oxu.Az-a istinadan xəbər verir ki, onun hansı səbəbdən işdən çıxarıldığı məlum deyil.
Qeyd edək ki, o, 45 gün əvvəl bu vəzifəyə təyin edilibmiş.
V.Xəlilovu sözügedən postda hazırda Şöhrətdin Verdiyev əvəz edir.