Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Səhnə əsərində baş rolu Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.