Lənkəranda 15 yaşlı yeniyetmə ali məktəbə qəbul olub.
millitv.az oxu.az-a istinadən xəbər verir ki, Rayonun Şilavar kəndində yaşayan Miryusif Feyzullazadə bu il Azərbaycanda ən az yaşı olan tələbədir.
Lənkəran şəhər 5 saylı tam orta məktəbin məzunu olan M.Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və hotelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olub. Son zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər onun bu ixtisası seçməsinə səbəb olub. Seçiminə isə valideynləri müdaxilə etməyib, əksinə, ona inanaraq dəstəklərini əsirgəməyiblər.
Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan da Lənkəran sakini olub. 55 yaşlı Atakişi Ağayev Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil almaq hüququ qazanıb.