Əməkdar artist Suğra Bağırzadə "ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin qonağı olub.
Sonxeber.az bildirir ki, aktrisa verilişdə yaxın zamanlarda 72 yaşını qeyd edəcəyini vurğulayıb. Bağırzadə qocalmaqdan qorxmadığını deyib:
"Xüsusilə qadınlar yaşlanmaqdan çox qorxur. Qocalmaq da hər insana nəsib olmur. Amma bunun öz gözəlliyi var. Heç vaxt yaş mənə mane olmayıb".