Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Məsələ çox tez həll olundu. Heydər Əliyev Fondunda qəbulda oldum və məni dinlədilər. Artıq təklifin həyata keçirilməsi üçün iş başlayıb.
UlduzumSan.Az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında aktyor Bəhram Bağırzadə deyib.
“Hacı Zeynalabdin Tağıyevin heykəli üçün beş ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Heykəlin hansı ərazidə ucaldılacağı bəlli deyil, çünki komissiyadan hələ keçməyib. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan olunacaq.
Bu anı çoxdan gözləyirdim. Demək ki, hər bir işin öz vaxtı var, Allah məhz bu günlərdə istədi ki, bu məsələ reallaşsın.
Görüş çox səmimi keçdi və bir çox aktual mövzular müzakirə edildi. Cənab prezident bildirdi ki, belə görüşlər davamlı olacaq. Nəinki mədəniyyət və incəsənət insanları, onun gələcəkdə alimlər, memarlar və sair sənət adamları ilə də görüşü olacaq”, - Bağırzadə bildirib.