İyulun 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.
Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,51% - 8,49%-dir.