Axtarış...

“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb

“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb

Rusiyanın ən böyük mobil operatoru “Meqafon” Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatı aradan qaldırıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, “Meqafon” şirkəti saytından qondarma “Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.

Qeyd edək ki, “Meqafon” mobil operatoru Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar "Vkontakte" və digər sosial şəbəkələr vasitəsi ilə “Meqafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz