Futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə əsas mərhələdə çıxış edəcək Azərbaycan çempionu “Araz”ın da rəqibləri bəlli olub. A yolunda yer alan təmsilçimiz “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb.
Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.
Qeyd edək ki, əsas mərhələnin oyunları 8 - 13 oktyabrda keçiriləcək.