Axtarış...

Fərhad Qəribov və qohumları ittiham olunur... - VİDEO

Fərhad Qəribov və qohumları ittiham olunur... - VİDEO

“Milli Məclisin deputatı, biznes fəaliyyəti ilə daha çox gündəmə gələn Fərhad Qəribovun oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Deputat oğlunun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat açıqlanmayıb. İddialara əsasən, Elnur Qəribov iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.

Məmur oğlunun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, onun hansı səbəbdən saxlanılması, xüsusilə də məlum Beynəlxalq Bank işində dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Məmur oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir. Fərhad Qəribovun digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb. Xatırladaq ki, deputatın oğlanlarından ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib: “Millət vəkilinin dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər. Atasının nüfuzuna arxayın olan qardaşlar qazandıqları böyük vəsaitlərdən dövlət büdcəsinə vergi keçirməyiblər. Beləcə, dövlətə külli miqdarda ziyan dəyib. Millət vəkilinin oğlanları açıq-aşkar şəkildə vergi cinayəti törədiblər. Məlum olduğu kimi, son vaxtlar vergi qanunvericiliyinin tələblərini pozan, vergidən yayınan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu kontekstdə deputatın oğlanlarının barəsində vergi cinayəti ilə bağlı axtarış elan edilib”.

Reportyor.info bildirir ki, bu məlumatlar 2015-ci elə bu aylarında mediada böyük səs-küyə səbəb oldu.Həmin vaxt Milli Məclis üzvünün adı 2 milyonluq maxinasiyada hallandırılırdı. Yayılan məlumatlara görə, Fərhad Qəribova məxsus “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2.96 milyon manatı yoxa çıxarıldığı deyilirdi. Hətta Baş Prokurorluq da bu barədə məlumat yaymışdı. Prokurorluğun məlumatında qeyd olunurdu ki, “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Deputat dələduz, bacanağı dələduz, oğlu dələduz..

Bu məlumatları yada salmaqda məqsədimiz var. Belə ki, Elnur Qəribov 2012-ci ildə də dələduzluq faktı ilə bağlı Xətai Rayon Polis idarəsi tərəfindən həbs olunmuşdu. Həmin vaxt onun atası, millət vəkili Fərhad Qəribov şikayətçi Allahverdi Qəmbərovun ayaqlarına sarılmışdı ki, bir oğlum artıq həbsdədir(Zöhrab Qəribov), bunu da tutdurma.

Hadisənin necə olmasını Reportyor.info-nun redaklsiyasına gələrək danışan Fəqan Cəfərov deyir ki, 2008-ci ildə Moskvada , “Vıxino” ərazisində bizneslə məşğul olarkən Natiq Məmmədov adlı azərbaycanlı ilə tanış olublar. O deyirmiş ki, dayım oğlu Bakıda Nərimanov ərazisində hündürmərtəbəli bina tikir. Sərfəli qiymətədir. Mənzilləri satıb Moskvada, Kremlin yaxınlığında 2 milyon dollara ev alacaq.

Moskvadakı azərbaycanlılar, o cümlədən Fəqan Cəfərov Elnur Qəribovun tikdirdiyi bina ilə maraqlanır.

“Dübüt” Bankın ofisinə Elnurla görüşə məcburi köçkün, Allahverdi Yusifov gedir. Qiymətdə razılaşırlar. Şərt o olur ki, pul dollarla ödəniləcək. Həm də Moskvada. Qəmbərov etiraz edir. Elnur deyir ki, onsuz da burda ödəsələr pulu yenə Moskvaya göndərəcək, çünki orada daşınmaz əmlak alacaqlar.

2012-ci ilə kimi hissə-hissə 82.760 ABŞ dolları ödənilir 3 otaqlı mənzil üçün. 2012-ci ildə Allahverdi Qəmbərova deyirlər ki, 500 dollar pul və evin sənədini gətirin, sizə çıxarış verəcəyik.

Elnur Qəribov həmin sənədlə bu mənzili təkrar ayrı adamlara satır.

Dələduz hərəkətləri təkcə deputatın oğlu etmir.

Şikayətçinin bildirdiyinə görə Fərhad Qəribovun bacanağı Elşad Svarov onlara vəd verir ki, Beyləqan və İmişli rayonları arasında , məcbiri köçkünlər üçün tikilən evlərdən mənzil verəcək. Üstəlik onlara tikinti işlərində çalışıb qazanmaq üçün şərait yaradacaq. 2012-ci ildə bu yolnan 41.750 dollar pul alır. Sonra məlum olur ki, nə mənzil var, nə də iş. Svarov dələduzluq yolu ilə pullarını mənimsəyib.

Yuxarıda qeyd etdiyimiz kimi, 2012-ci ildə Elnur Qəribov həbs edilir. Xətai Polis idarəsinə gələn sabiq deputat Fərhad Qəribov Allahverdi Qəmbərova vəd verir ki, pilun əvəzi veriləcək. Ona Abşeron rayonunda “At yalı” deyilən ərazidə 10 sot torpağın sənədini verir.

Sonradan məlum olur ki, bu sənəd də tam saxta imiş. Sadəcə vaxt udurmuşlar.

Sabiq deputat hər vəhclə, geniş əlaqələri ilə cinayətkarları himayə edə bilir. Məsələn Natiq Məmmədov 2013-cü ildə hansısa yolla Salyanda şəxsiyəyyət vərəqəsində soyadını dəyişir. Soyadını Quliyev edir. Bundan sonra rahatca respublikanı tərk edir.

İndi prokurorluq araşdırmalıdır ki, bu adam soyadını necə dəyişib, ölkədən qaça bilib.
Şikayətçi deyir ki, hüquq-mühafizə orqanları işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri hesab olunan prosesual hərəkətlərin heç birini etməyiblər.

Üstəlik bəzi prokurorluq işçiləri süni əngəl yaradır.

Fəqan Cəfərov deyir ki, Elnur Qəribov və Elşad Svarovun əməllərindən zərər çəkməyimlə bağlı Bakı Şəhər Prokuroru, general İlqar Abbasovun qəbuluna düşmək üçün müraciət edib.

Lakin prokurorun köməkçisi Elnur Səfərov şikayətçinin qəbula düşməsinə süni yollarla mane olur. Fəqan Cəfərov iddia edir ki, həmin dələduz şəxslərə elə Elnur Cəfərov havadarlıq edir. Şəxsi marağı yoxdursa niyə onların məsulityyətə cəlb edilməsinə səy göstərmir?

Killer dəstəsi var?

Fəqan Cəfərov deyir ki, 1992-ci ildən ailəlikcə YAP üzvüdürlər.

15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gələndə Milli Məclis binasının qarşısında 40 nəfər kişi və 8 qadınla onu qarşılayıb. Həmin zaman əks qütbdə olan cəbhəçilərə layiqli cavab veriblər.

Fəqan Cəfərov əlavə edir ki, 2008-ci ildə seçkilər zamanı Moskvada İlham Əliyevin təbliğatını aparıb. Fəallıq etdiyinə görə Moskvada səfər Polad Bülbüloğlu onu qəbul edib. Təbliğat zamanı Şamo adlı azərbaycanlı kriminal avtoritet onlara mene olmağa çalışıb. Əliyevlər haqda kəskin ifadsələr işlədib. Ancaq Fəqana mane ola bilməyib.

Fəqan deyir ki, sən demə Şamo da Qəribovların adamı imiş. Həmin vaxt Bakıda tikilən binadan Moskvada olan azərbaycanlılardan 5 nəfər də mənzil alıb, Elnur Qəribova pul veriblərmiş. Sonradan həmin 5 nəfər yoxa çıxıb. Nə öldüklərindən, nə dirilərindən xəbər yoxdu.

Fəqan Bakıya gələndə xəbər tutan Şamo “gərək bunu da aradan götürəydim “deyibmiş.

Hesab edirik ki, hüquq-mühafizə orqanları bu faktları dərindən araşdırmalıdır.

Yazıda adı keçən şəxslərin fikirlərini dinləyə bilərik.
REPORTYOR.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz