Axtarış...

“Azərneftkimyamaş” ASC-də hərc-mərclik... - İDDİA

“Azərneftkimyamaş” ASC-də hərc-mərclik... - İDDİA

“Azneftkimyamaş” ASC 2001 ci ildə Heydər Əliyevin sərəncamı ılə Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə yaradılmışdı.Sərəncamla Bakı şəhərində fəaliyyətdə olan bir neçə neft sənayesi üzrə ixtisaslaşdırılmış zavodlar da sözügedən səhmdar cəmiyyətə verilmişdi. Ötən bu müddət ərzində cəmiyyətin törəmə müəssisələrində satış bazarlarının genişləndirilməsi, ixrac həcminin artırılması üçün nə kimi işlərin görüldüyü geniş ictimaiyyətə bəlli deyil. Vaxtı ilə respublikamızda və onun hüdudlarından kənara neft-mədən avadanlıqları satan Səhmdar Cəmiyyətin öz məhsullarını dünya bazarlarına çıxardığı bir vaxtda 2018-cı ildə Nazirklər Kabinetinin qərarı ilə”Azneftkimyamaş” ASC-nin orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı təsdiq edərək cəmiyyətin 12 törəmə müəssisəsi özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu istiqamətdə komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib: “İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb”.

Aktualinfo.org bir neçə ay öncə “Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyyəti “Sabuncu Elmi İstehsalat Birliyi” Törəmə Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi zamanı direktor Oruc Məmmədovla bağlı səsləndirilən bir sıra iddialar barədə geniş məqalə dərc emişdi. Redaksiya sözügedən yazıda 1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olmuş Oruc Məmmədovun özəlləşdirmə zamanı gizli sövdələşmələr apardığı qeyd etmişdik. Bu sövdələşmələrin kiminlə apardığı hələlik redaksiyamıza məlum olmasa da bəzi detallar artıq hamıya məlumdur. Belə ki,özəlləşdirmədə Oruc Məmmədov əldə etdiyi gəlirdən əlavə, “Zabrat Maşınqayırma Zavodu”na direktorluq postu da əldə edib. Yaşı artıq çoxdan yetmişi keçmiş Oruc Məmmədova bu zavoda rəhbərlik etmək hansı ehtiyacdan yaranıb? Otuz beş ildən çox bir müəssisəyə rəhbərlik etmiş, vaxtı ilə millət vəkili olmuş Oruc Məmmədova bu vəzifə lazım idimi? Əldən gedən “Sabunçu Elmi-İstehsalat Birliyi”-nin müqabilində hə.

Qeyd edək ki 2001 -ci ildə yaradılmış “Azərneftkimyamaş”ASC-yə mart ayında dünyasını dəyişmiş Əli Qaraxanov rəhbərlik edib. Deyilənlərə görə onun səhmdar cəmiyyətə rəhbərliyi formal xarakterli olub. Belə ki, Əli Qaraxanov bir neçə il öncə geniş infarkt keçirdiyindən Cəmiyyətədə yaranmış boşluqdan bir çoxları öz məqsədləri üçün istifadə ediblər. Həmin boşluqdan bu gün səhmdar cəmiyyəyinn bütün törəmə müəssısələrində hər kəs şəxsi məqsədləri üçün istifadə edir. Bu nə vaxta qədər davan edəcək,kimsə bilmir.

Vaxtı ilə “Azərneftkimyamaş”ASC-nin nəzdində yaradılmış təlim mərkəzində yüksək ixtisaslı gənc fəhlə kadrların hazırlanması və mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi üçün hər cür şərait yaradılmış, onun işi təkmilləşdirilmiş və maddi-texniki bazası möhkəmləndirilmişdir.Amma bu gün burada nələr baş verir?

Aktualinfo.org-un əldə etdiyi məlimatlara görə səhmdar cəmiyyətin nəzdində yaradılmış təlim-tədris mərkəzində hərcmərclik baş alıb gedir. Mərkəzdə ixtisas səviyyəsinin yüksəldilməsi yönündə heç bir təlim-tədris işləri aparılmır. Amma Neft sənayesinin müxtəlif sahələrində çalışanlar ixtisas dərəcələrini artırmaq üçün buraya sadəcə adlarını yazdırmaqla “Azərneftkimyamaş”ASC-nin verdiyi sertifikatlarla təmin olunurlar. Sözügedən sertifikatlar isə çalışdıqları müəssisələrdə dərəcələrinin və əməkhaqqlarını qaldırılmasından başqa bir şeyə xidmət etmir.Mərkəzin direktoru Mansur Talıbovun bu saxta sənədləri fəhlələrə satdığını bildirən məlumatlı mənbənin sözlərinə görə, bütün bunlar cəmiyyətdə yaranmış xaos vəziyyətdən xəbər verir.Biz mövzu ətrafında araşdırmalarımızı davam etdirəcək və yaxın günlərdə özəlləşdırmə prosesində yol verilən qanun pozuntuları ilə oxucuları tanış edəcəyik.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz