Əlbəttə ki, nəzərdə Şimal - Cənub dəmir yolu dəhlizini nəzərdə tuturuq. Belə tranzit dəhlizinin işləməsi, yəni Rusiya Azərbaycan –İran Dəmir yol xəttinin işə düşməsi ölkəmiz üçün iqtisadi nöqteyi-nəzərindən çox vacib məsələlərdən biridir və onun işləməsi Azərbaycanın iqtisadi gücünü artırır və onun neftdən və qazdan tam asılılığını aradan qaldır.
Gəlin görək bu dəhlizin işləməsi hansı iqtisadi və siyasi zərurətlərdən irəli gəlir? ...Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi yaradılması məsələsi 2000-ci il 12 sentyabrında Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Sazişdə öz əksini tapmışdı. Azərbaycan respublikası bu Sazişə 2005-ci ildə qoşulana qədər 13 ölkə Sazişi ratifikasiya etmişdir. Bura Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan Respublikası, Türkiyə, Ukrayna daxildir. Sazişin iqtisadi əhəmiyyətindən istənilən qədər danışmaq mümkündür. Bununla belə onu da qeyd etmək lazımdır ki, bu dəhlizin tam işləməsi dünyanın iqtisadi xəritəsini dəyişir və bu sazişə qoşulan ölkələrin iqtisadi potensialını artırır. Bu da öz növbəsində başqa ölkələrdən iqtisadi asılılığı aradan qaldırır və bu elə siyasi asılılığı da aiddir.
Analitiklərin fikrincə Rusiya - Azərbaycan - İran dəmir yolu dəhlizinin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi ildə 15 milyon tondan artıq ola bilər. Bu heçdə balaca göstərici deyil. Neft asılılığından çıxmaq üçün bu tranzitin işləməsi demək olar ki, Azərbaycanın bütün iqtisadi problemlərini həll edir və eyni zamandan iqtisadi cəhətdən güclənmiş ölkənin istər daxili, istərsə xarici siyasətində yüksək göstəricilərə nail olacağına zəmanət verir. Əlbəttə ki, söhbət ilk növbədə Qarabağın qaytarılmasından gedir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin işləməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilməsi də göz qabağındadır. Astara dəmir yolu Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 km yeni yol çəliıib. Astaraçay üzərindəki körpü və İran ərazisindəki 1,4 km yolun tikintisi tamamlanıb;2016-cı ilin avqustunda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə əsas müzakirə mövzusu da Şimal-Cənub Nəqliyyat Dəhlizinin işləməsi məsələsi olub.Azərbaycan prezidenti İ. Əliyevin təşəbbüsü ilə keçirilən ilk görüşün sonunda İran, Rusiya və Azərbaycan arasında nəqliyyat şəbəkəsi də daxil olmaqla, iqtisadiyyat, ticarət, enerji, qaz, təhlükəsizlik və digər məsələlərə dair birgə Bəyannamə imzalanıb.
Rusiya Prezidenti V.Putinin fikrincə bu görüş ölkələr arasında əlaqələr tarixində yeni səhifə açıb.Yuxarıda göstərilənləri nəzərə alsaq, bu dəhlizin işləməsi Azərbaycan respublikasının iqtisadi gücün artıran bir layihədir və onun həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin son illərdə əsas nailiyyəti kimi qiymətləndirmək olar. Ancaq bu birtərəfli baxış olardı, çünki bu layihənin işləməsinə qarşı çıxan dövlətlər var və bunu da nəzərdən qaçırmamalıyıq.Əlbəttə ki, ilk növbədə İran və Rusiyaya qarşı olan ABŞ-ın bu layihəyə olan münasibətidir.ABŞ administrasiyasının İrana və Rusiyaya qarşı sanksiyaları bu Dəhlizin işləməsinə qarşı ən böyük maneə və təhlükədir. Biz siyasi təzyiqin mövcud olduğunu bir analitik kimi fərz edə bilərik, çünki əlimizin altında bununla bağlı heç bir material yoxdur. Bununla belə çoxdan hazır olan Rusiya - Azərbaycan-İran dəmir yol dəhlizinin işləməməsi ona dəlalət verir ki, bu cür nəticəyə gələk.
Bu dəhlizə qarşı ABŞ administrasiyasının mövqeyi aydındır. Dəhlizin işləməsi İran tərəfi üçün nicat yoludur, çünki hər tərəfdən təzyiqlərə məruz qalmış Cənub qonşumuzun ümidi bu tranzitin işləməsidir.Bunun işləməsinə start vermək üçün Rusiya və İran arasında ciddi danışıqlar gedir və bu ölkələrin təzyiqinə məruz qalan Azərbaycan, əlbəttə ki, seçim qarşısında qalacaqdır. Seçim isə onunla bağlıdır ki, Dəhlizin işləməsinə razılıq versə, Azərbaycan Prezidenti ABŞ-ın ciddi təzyiqləri ilə üzləşəcək.Bu günə qədər Azərbaycan geosiyasi tarazlığı saxlamağı bacarsa da, yaranan yeni geosiyasi situasiya bu tarazlığı poza bilər, çünki Azərbaycan faktiki olaraq İran və Rusiyanın tərəfini saxlayan bir dövlətə çevrilir. Bu isə çox ciddi seçimdir.
Son illər ABŞ-n Qafqaz regionunda Ermənistana həyata keçirtdiyi “məxməri inqilab” və Paşinyanın hakimiyyətə gətirilməsi, Rusiyaya və İrana qarşı aparılan açıq siyasətin nəticəsi kimi qiymətləndirməliyik. Bu günlərdə Gürcüstanda baş verən antirus qarşıdurmaları da ölkə rəhbərliyinə Rusiyadan uzaqlaşdırmaq üçün atılan addımlardan biridir.“Rəngli inqilabların” banisi Cin Şarpın dediklərinə görə “pullarını Qərb banklarında yerləşdirən oliqarx məmurların ipləri çoxdan ABŞ xüsusi xidmət orqanların əlindədir. İstədikləri vaxt, istədikləri səviyyədə istədikləri dövlətdə dövlət çevrilişləri edə bilərlər.” Nəzərə alsaq ki, Cin Şarpın metodlarından Ukraynada istifadə olundu və V.Yanukoviçi devirənlər elə onun təyin etdiyi sadiq məmur oliqarxlar oldular, heç də Azərbaycanın istisna olmadığını göstərir, çünki ölkəmizdə məmur özbaşınalıqlarının baş alıb getməsi, Azərbaycana qarşı yönəldilmiş ciddi oyunların nəticəsi kimi qiymətləndirilməlidir.
Prezident Fərmanlarının və Göstərişlərinin yerinə yetirilməməsi yüksək məmur oliqarxların oyunu olduğunu anlamamaq sadəlövhlükdür. Güc strukturlarında aparılan dəyişiklərin səbəbi də , ölkənin təhlükəsizliyinin təminatı ilə bağlıdır.
Azərbaycanın bu Dəhlizin işləməsinə razılıq verməsi, ölkəmizə qarşı ABŞ-ın münasibətini dəyişə bilər, çünki bu hərəkətimizdə ABŞ-n Qafqaza girməsinin qarşısını alırıq.Əlbəttə ki, Azərbaycanda Ukrayna və Ermənistanda etdiklərini edə bilməzlər, çünki xalqın narazılığı Prezidentdən deyil, məmur özbaşınalığına qarşıdır. Bundan əlavə, respublikanın güc strukturları stabilliyi təmin etmişlər. Bəs onda ABŞ təzyiqlərini Azərbaycan nədə hiss edə bilərik? Bu maraqlı sual olsa da, bunun cavabını Azərbaycan 2016 ildə öz üzərində hiss etdi. Bu ona qarşı həyata keçirilən Devalvasiya siyasəti oldu. Nəticəsi isə indiyə qədər atadan qaldırılmayıb, çünki resesiya davam edir.
Nə deməkdir devalvasiya? Hər şeydən əvvəl bütün qiymət və xidmətlərin iki dəfədən çox aşağı enməsidir. Büdcəsinin doldurması üçün çıxış yolu iki dəfədən artıq iqtisadiyyatın gücünün artırmasındadır. Əfsuslar olsun ki, “dünya şöhrətli iqtisadçılarımız” bunun həlli ilə bağlı heç nə edə bilmirlər, sadəcə olaraq bir kilo kartofa 1 dollar yarım rüsum qoymağı bacarıblar. Belə düşünürlər ki, xalqın məhsuluna bu rüsumu qoymaqla nəyisə həll ola biləcəklər. Odur ki, iqtisadi problemlərimizin tam həlli üçün Şimal-Cənub dəhlizinin işləməsi ən aktual məsələlərindən biridir.Yenə də qeyd edirik ki, bu addımı atmazdan qabaq biz ayıq başla hesablamalıyıq ki, bizə qarşı həyata keçirilməsi gözlənilən devalvasiyanın qarşısını bu dəhlizin işləməsi ala biləcəyik mi? Yəni bu layihədən gələn gəlir, devalvasiyanın vuracağı zərərdən çox olacaqmı? Bu əsas məsələdir. Əlbəttə ki, Azərbaycan Prezidenti bu dəhlizin işləməsinə start verərsə, bütün bunları nəzərə alacaq və ilk növbədə iqtisadi maraqdan çıxış edəcək. İndi isə seçim onundur.
GEOSİYASİ TƏDQİQATLAR MƏRKƏZİNİN RƏHBƏRİ
TAHİR CƏFƏRLİ MİLLİTV.az