Müğənni Aslan Hüseynov Xalq artisti Flora Kərimova ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Sənətçi "Söhbət var" verilişində Kərimova ilə getdiyi İzmir səfərində onu yıxdığını deyib:
"Flora xanım zəng etdi ki, İzmirə dəvət almışam, şən mahnım yoxdur, mənimlə gedək. Hava limanına çatdıq, baxıram hündürdaban geyinib. Deyirəm ki, bu nədir? Deyir, mən müğənniyəm, olar mənə.
Çatdıq bir hava limanına, o biri təyyarəyə gedənə qədər 40 dəqiqəmiz var. Bu da dayanıb eynəklərə baxır. Deyirəm, tez olun, gecikirik. Qolundan dartdım ki, gəlin, yıxıldı və qolu sındı. İndi ağlayır ki, sənlə danışmıram, qolum sındı. Yaxşı ki, qolu sındı, yoxsa, təyyarəyə gecikəcəkdik. Başqasına etsəydim, nəslim-köküm getmişdi. O qədər kübar insandır ki... Təyyarədə oturmuşuq, görürəm, ağrıdan sızıldayır. Deyirəm, çox ağrıyır? Qayıtdı ki, danışmayın mənlə, qolumu sındırdız.
Gedib, toyda mahnı oxuyur: "Min nəfərə bir dərd olsa, mütləq gəlib tapar məni". Məni göstərib "Yer üzündə bir it olsa" oxuyurdu".