Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənov da Çexiyaya böyük vəsait çıxarıb
Bu haqda məlumatı son vaxtlar qalmaqallı araşdırmaların müəllifi olan jurnalist Cavanşir Həsənli yazıb.
O bildirib ki, V. Həsənov hələ Tovuz gömrüyünə təzə rəis təyin olunan vaxtlarından bu biznesi qurub. Gömrük rütbəsi ilə bərabər dini "Hacı” rütbəsi də olan rəis 2008-ci il yanvarın 8-də Çexiya – Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Fəzi oğlu Kərimova etibarnamə verib ki, onun adına Çexiyada mal-mülk alıb, şirkət açsın. AR-I 04C332 nömrəli etibarnamə ilə Xanlar şəhəri Rəsulzadə küşəsi 97 ünvanında qeydiyyatda olan, 02.06.1963-cü il təvəllüdlü Vəzir Həsənov qeyd edir:
"Bakı şəh. M.Hadi küşəsi ev 63 m. 69-da qeydiyyatda olan 29.12.1951-ci ildə doğulmuş Azərbaycan Respublikasə vətəndaşı Kərimov Azər Fəzi oğluna, Çexiya Respublikasında mənim adıma daşınmaz əmlak, şəxsi müəssisə almaq, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmasını, təsdiq edilmiş eskiz üzrə cəmiyyətin möhürünün sifariş verilməsini və aınmasını, vergi, sosial müdafiə, statistika, məşğulluq orqanlarında və zəruri olarsa, digər müvafiq orqanlarda uçota alınmasını, cəmiyyətin cari bank hesablarının açılması və digər hüquqi əhəmiyyətli hərəkətlərin edilməsini, bütün bunlarla bağlı məni məni bütün dövlət orqanlarında, istimai və özəl təşkilatlarda və idarələrdə, eləcə də fiziki şəxslər qarşısında təmsil etməyi, əmlak alınması ilə əlaqədar müqavilə bağlamağı, müqavilə bağlanması üçün tələb olunan sənədləri almağı , müqaviləni aidiyyatı idarələrə verməyi, hüquqmüəyyənedici sənədləri almağı etibar edirəm”.
Etibarnamə 3 illiyinə verilib və Bakı şəhəri 30 saylı dövlət notariat kontorunda N.Səmədov tərəfindən təsdiqlənib.
Azər Kərimova eyni məzmunlu daha iki etibarnamə Vəzir Həsənovun oğlu Muraz Həsənovun və qardaşı Həmid Həsənovun adından da verilib.
Bu etibarnamələr əsasında A. Kərimov 2008-ci il martın 11-də Çexiyanın füsunkar Cənubi Bohemiya bölgəsinin Brno şəhərində Muraz99 s.r.o. şirkətini qeydiyyatdan keçirib. Şirkət Vəzir (50%), Muraz (30%) və Həmid (20%) Həsənovların adına rəsmiləşdirilib. 2015-ci ildən Muraz Həsənov şirkətin şəriksiz təsisçisidir.
İlkin nizamnamə kapitalı: 200.000 kron.
Şəhadətnamə nömrəsi: CZ 28280580.
Hüquqi ünvanı: č.p. 406, 664 67 Syrovice.
Fəaliyyət sahəsi: inşaat, daşınmaz əmlak alışı və icarəsi, ticarət.
Bu şirkət üzərindən Həsənovlar mülkiyyət və Çexiyada daimi yaşamaq imkanı əldə edirlər. Amma bu onlara azlıq edir və 2011-ci ildə Həsənovlar Çexiyada daha bir şirkət alırlar. Söhbət Azcom s.r.o.-dan gedir. Şirkət 2004-cü il martın 31-də Brno regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla qeydiyyatdan keçirilib (qeydiyyat şəhadətnaməsinin nömrəsi: (CZ 26924668).
Hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət.
O zaman şirkət Azərbaycan vətəndaşı, 18 oktyabr 1979-cu il təvəllüdlü Naqif Fəzizadəyə və onun çex həyat yoldaşı Miluşe Fəzizadəyə (əvvəlki soyadı Naytova) məxsus olub. 2011-ci ci il oktyabrın 13-də Vəzir Həsənov professor Azər Kərimovun vasitəşiliyi ilə Azcom şirkətinin 75 fazilik hissəsini Fəzizadələrdən satın alır. Sənədlərə görə şirkətin 25 faizlik hissəsi , Xanlar rayonu Rəsulzadə küçəsi 97 ünvanında qeydiyyatda olan, 2 iyun 1963-cü il təvəllüdlü Vəzir Həsənovun, 25 faizi onun16 sentyabr 1988-ci il təvəllüdlü oğlu Muraz Həsənovun (o zaman 23 yaşı vardı), digər 25 faizi isə gömrük rəisinin 1964-cü il təvəllüdlü qardaşı Həmid Həsənovun adına keçib.
2006-cı ildən ticarət, 2009-cu ildən isə istehsal və xidmət sahələrində də fəaliiyət göstərməyə başlayır. Dövriyyəsi 50 milyon çex kronu, yaxud 1.81 milyon avro göstərilir.
Növbəti ilin mayında isə Həsənovlar və Fəzizadə şirkəti bütünlüklə 1980-ci ci il təvəllüdlü Çexiya vətəndaşı DUMITRU TABUREANU-ya sataraq şirkəti tərk edirlər.
Sumqayıt BaÅ Gömrük Ä°darÉsinin rÉisi VÉzir HÉsÉn oÄlu HÉsÉnov ile ilgili görsel sonucu
Şirkətin 2011-12-ci cillərdə Vəzir Həsənovun Brnoda Zábrdovice, Příkop 834/8 ünvanındakı ofisində fəaliyyət göstərib. Bura Brnonun məşhur Beynəlxalq Biznes Mərkəzidir və Qubanın icra hakimi Ziyəddin Əliyevin Çexiyadakı şirkətinin ofisi də burada yerləşir.
Bu şirkət də onlara azlıq edir və Azcom s.r.o. alındıqdan cəmi bir ay sonra Vəzir Həsənov sayca üçüncü şirkəti qeydiyyatdan keçirir.
HASAN SONS s.r.o., yəni Həsən və oğlanları MMC
2011-ci ilin noyabrın 23-də Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçən şirkət CZ 29299438 saylı lisenziya alır.
Hüquqi ünvanı: Praha - Kamýk, U Kamýku 1001/6, PSČ 142 00.
Nizamnamə kapitalı: 200.000 kron.
Fəaliyyət sferası: binaların inşası, dizayn, əmlak alqısı kirayəsi, ticarət və istehsal.
2011-2014-cü illərdə şirkət Vəzir Həsənovun qardaşının adına rəsmiləşdirilir. Daha sonra Vəzir Həsənovun və onun digər ailə üzvü 1974-cü il doöumlu Həcər Həsənovanın da adları şirkətin təsisçiləri sırasına daxil edilir.
Şirkətin illik dövriyyəsi 2 milyon avroya yaxın göstərilir.
Bu hamısı deyil. Vəzir və Həmid Həsənovlar hər biri 2015-ci ilin mayında Çexiyanın Equa Bankından girov müqabilində 14 il müddətinə 225 milyon kron (10 milyon dollar) kredit götürürlər.
Girov olaraq nəyin qoyulduğu bəlli deyil.
Əsas layihələrdən biri kimi HASAN SONS s.r.o. ZR Grubu ilə birlikdə Brnoda 64 bağçalı evdən ibarət yaşayış kompleksinin tikintisini həyata keçirib. Amma o evləri alanlar elə peşiman olublar ki...
Alıcıların forumlarda apardıqları diskussiyalardan bəlli olur ki, hər iki şirkət layihəni sonadək başa çatdırmadan aralarında mübahisə yaradıblar. 64 bağçalı evin hamısı satılıb, ancaq 34-ü ümumiyyətlə tikilməyib. Vəzir Həsənov isə bunu əsas gətirərək ərazini satan partnyorlarından 16 milyon kron tələb edir. Bunun əziyyətini evləri alanlar çəkir, adamlar evlərinə köçə bilmirlər. İş Brno-Venkov bölgə məhkəməsinə çıxıb. Ötən ilin iyulunda məhkəmə faktiki olaraq hər iki şirkəti iflas elan edib.
Həsənovlara aid 4-cü şirkət - AZ ECO ENERGY, spol. s r.o 2012-ci ilin noyabrın 22-də qeydiyyatdan keçib.
Qeydiyyat şəhadətnaməsi: CZ 29378052.
Hüquqi ünvan: Praha - Kamýk, U Kamýku 1001/6, PSČ 142 00.
Nizamnamə kapitalı: 200 000 kron.
Həmid Həsənov şirkətdə 50 faizlik paya malikdir. İlqar Mürsəlov və Sahib Əliyev adlı şəxslər isə hər biri 25 % paya sahibdirlər. (Azfakt.com)