Müğənni Lətifə Soyuözün ikinci dəfə ailə qurmaqla bağlı verdiyi açıqlama başına bəla olub.
Sonxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi fikirlərinin təhrik edildiyini bildirib.
"Çox əsəbiyəm. "Lətifə Soyuöz nikahdankənar sevgi istəyir" sözünü deməmişəm. Ağzımdan çıxamayan kəlimə başlıq yazılmasın. Lətifəyə nə lazımdır, nə yox özü bilir. Maqazin proqramında sual verdilər ki, rəsmi nikah önəmlidir? Bu gün rəsmi nikahda olan beş adamdan dördü boşanır. Kağız ola da bilər, olmaya da. Əsas sayğı və sevgidir" deyə, Lətifə açıqlamasında söyləyib.
Qeyd edək ki, L.Soyuöz "MTV Azərbaycan"a açıqlamasında "Rəsmi nikah olsa, nə olar, olmasa nə... Vallah bu, sadəcə boş-boş kağızla məşğul olmaqdır. Arada sevgi ola, bərabər yaşayasınız. Kağızımız da olub, amma sonu... Heç bilmirəm haradadır.
İkinci baharımı yaşamaq istəyirəm. Niyə də yox? Həmin insan əsl kişi olmalıdır. Mənə qadın olduğumu hiss etdirməlidir. Nazımı çəksin. Mən onun nazını çəkəcəmsə, vay halıma".