..
Astara rayonunda torpaq sürüşmələri aktivləşib.
Millitv.az publika.az-a istinadən xəbər verir ki, yağan leysan xarakterli yağışlar torpaq qatının yumşalmasına səbəb olur ki, bu da tez-tez sürüşmə halları yaradır.
Rayonun Pensər kəndində sürüşmə nəticəsində vətəndaşlara məxsus torpaqlar dağılır və Pensər çayına tökülür. Kənddəki xəstəxanaya aid olan torpaqlarda sürüşmənin qarşısını almaq üçün işlər görülsə də, bu mümkün olmayıb.
Çay kənarında sahilbərkitmə işləri aparılsa da, sürüşmə nəticəsində beton pilitələr yerindən çıxıb. Vəziyyət belə davam edərsə, kənd yolu üçün ciddi problemlər yarana bilər.