Axtarış...

Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?

Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?

Telefondakı həyəcanlı səs bizdən bakılılara hələ keçmişdən yaxşı tanış olan “Bakelektroştamp” zavoduna təcili gəlməyimizi istəyirdi. Heç bir suala cavab vermədən. Həmsöhbətlərimiz eyni sözləri təkrarlayırdılar: “Gəlin və öz gözlərinizlə görün. Tez gəlin!” Bu, bizi elə təşvişə saldı ki, xüsusi reportyor qrupu hazırlayıb göstərilən ünvana yollandıq.

Zavod bizi qorxunc zahiri görünüşü ilə qarşıladı. Pəncərələri sındırılmış, üzlük qatı uçub tökülmüş üçmərtəbəli bina – dağılıb getmiş rəng qatının yalnız işləri qalıb. Qurumuş ağaclar, palçıq və ot basmış giriş pilləkəni – sanki bura barbarlar hücum etmişdi. Müharibələr haqqında kinofilmləri lentə almaq üçün rejissorlar uzun-uzadı əlavə, xüsusi dekorasiyalı atılmış yerlər axtarırlar. Bura əsl hazır belə məkandır – həm xaricdən. həm də daxildən bu, belə demək mümkünsə, zavod gülləbarandan edildikdən sonrakı yerə bənzəyirdi. Sözün hərfi mənasında, buranı sanki yandırıb məhv etmişdilər.

Sovet illərində “Bakelektroştamp” ən iri istehsalat birliklərindən olan “Azərelektromaş” İB-yə daxil idi. Miqyası və dövriyyəsi, deyək ki, Bakı Elektromaşınqayırma zavodu, yaxud soyuducular zavodu və milli sənayenin digər flaqmanları qədər böyük deyildi. Lakin bu zavodun istehsal etdiyi məhsullar olmadan həmin flaqmanların heç birində istehsal prosesi davam etdirilə bilməzdi. Burada istehsal prosesi üçün lazım olan bütün zəruri detallar – elektrik mühərriklərinin bütün növlərinin – həm rotorların, həm də statorların istehsalı üçün ştamplar hazırlanırdı. Mühərriklər olmadan isə nə sərinkeşlər, nə nasoslar, nə də daha mürəkkəb cihazlar çalışa bilməzdi.

Bu sətirlərin müəllifi vəzifə borcu kimi sovet illərində bu zavodda dəfələrlə olub. Böyük zavod korpuslarında ən müxtəlif profilli dəzgahlar düzülmüşdü – tokar, dəmirçi, frezer, cilalama, parıldatma dəzgahları və digər istehsal vasitələri. O zaman üçün “ağıllı” sayıla bilən içlikli yüzlərlə çoxtonluq dəzgahlar vardı. Bu gün isə həmin dəzgahların izi-tozu da qalmayıb, sanki barbar dəstəsi zavodu silib-süpürüb. Yeri gəlmişkən, zavodun keçmiş sahibləri – Loğman və Nurəddin Zülfüqarlı qardaşları elə əsl barbarlardır. Əvvəllər burada işləmiş insanların sözlərinə görə, onlar bahalı dəzgahları sökərək, kimə gəldi satıblar və pul əldə etmək mümkün olan bütün avadanlıqlar dəyər-dəyməzinə satılıb. İşçilər isə qovulub, səhmdarlar dividendlərini ala bilməyiblər.

Yalnız bütün bunları görəndən sonra “Baku Steel Company”nin nümayəndəsinin səsindəki təlaşı anladıq. Formal olaraq şirkətə məxsus olan zavod uzun məhkəmə çəkişmələrindən sonra ona qaytarılıb. Lakin zavoddan yalnız dörd divar qalıb. Hələlik şirkət burada nə edəcəyini dəqiqləşdirməyib. Lakin istənilən halda, bu xarabalıqda nəsə qurmaq mümkün deyil. Yalnız o qalır ki, bu tör-töküntü yerlə bir edilsin və burada müasir zavod ucaldılsın.

Başqa sözlə, bu, göz yaşları içində sevincdir. “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun halına yalnız açılmaq olar. Lakin bütün bu məsələnin hüquqi tərəfi də var ki, ona da həmin hüquqi qiyməti hüquq-mühafizə orqanları verməlidir. Çünki Zülfüqarov qardaşlarının törətdiklərini məhkəmə qərarı olmadan cinayət də adlandırmaq olmur. Axı kimsə yoxa çıxmış dəzgahlara, dağıdılmış binaya görə cavab verməlidir.
Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?
Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?
Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?
Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?
Rasim Məmmədovun göz yaşları içində sevinci: - Bakıdakı zavodu kim dağıdıb?
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz