Bakıda müxtəlif ölkələrin işğal altında olan ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınmasına həsr olunan konfrans keçiriləcək.
"Report" xəbər verir ki, tədbir martın 5-də baş tutacaq.
İşğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair beynəlxalq konfransda rəsmi şəxslər iştirak edəcəklər.