Axtarış...

Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir

Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir

"Bu gün Ümumdünya Gömrük Təşkilatının (WCO) ən böyük tədbirinin "İnformasiya Texnologiyaları və İnnovasiyalar Konfrans və Sərgisinin" Bakıda keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq həm özəl, həm də dövlət sektorunu öz nəzdində tutmuş təşkilat iki tədbiri - informasiya texnologiyaları konfransı və sərgisini və texnologiyalar və innovasiyalar forumunu birləşdirərək vahid bir tədbir çərçivəsində təşkil edir. Belə bir yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi rəğbətin və etibarın göstəricisidir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan "WCO IT/TI" Konfrans və Sərgisinin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin konfransda hansı mövzuların müzakirə ediləcəyini də açıqlayıb: "SMART sərhədlər üzrə yeni texnologiyalar, ticarət, səyahət və daşımalar üçün yeni imkanlar mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədi ilə gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq, tətbiq edilə biləcək ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək. Ölkəmizdə İT-nin tətbiqinə xüsusi önəm verilir".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz