Axtarış...

Villası əlindən alınan deputata daha bir şok - İŞİNİ DƏ İTİRDİ

Villası əlindən alınan deputata daha bir şok - İŞİNİ DƏ İTİRDİ
Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrası ləğv olunub.

Bu barədə Publika.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən kafedra Elmi Şuranın qərarı ilə UNEC-də tədris sistemini daha səmərəli təşkil etmək məqsədilə oktyabr ayından ləğv edilərək, digər kafedra ilə birləşdirilib.

Ləğv edilən kafedranın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Xanhüseyn Kazımlı olub. Şöbədən bildirilib ki, X.Kazımlı universitetdə artıq məsləhətçi professor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villası bi rmüddət əvvəl əlindən alınıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz