Axtarış...

Prezident fərman imzaladı

Prezident fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Ortamüddətli xərc çərçivəsinin tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası “Ortamüddətli Xərc Çərçivəsi”nin, o cümlədən “Ortamüddətli Resurs Zərfi”nin və “Milli Xərc Prioritetləri”nin hazırlanması, nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planını (konkret icraçılar və icra müddətləri göstərilməklə) üç ay müddətində təsdiq etməli və həmin tədbirlər planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməlidir;

“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq:

büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi, habelə iqtisadi təsnifatının “Dövlət əsaslı vəsait qoyuluşu” köməkçi bölməsi üzrə dövlət xərclərinin səmərəliliyinin və effektivliyinin təhlilinin aparılmasını təmin etməlidir;

büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu Fərmanın 1.1-ci hissəsində qeyd olunmuş “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etməlidir;

2021-ci il dövlət büdcəsinin tərtibi ilə bağlı nəticələr nəzərə alınmaqla, 2022-ci ilin və növbəti illərin dövlət büdcələri layihələrinin hazırlanması zamanı tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş büdcə tərtibi prosesinin və nəticəəsaslı büdcənin formalaşması mexanizminin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmasını təmin edən müvafiq qanun layihəsini 2021-ci il yanvarın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası bu Fərmanın 1-ci hissəsində göstərilmiş işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, müxtəlif dövlət orqanlarının və qurumlarının, habelə maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə alt işçi qruplar yarada bilər.

Fərmana əsasən, Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmanın 1.1-ci bəndinə əsasən təsdiq olunacaq tədbirlər planında nəzərdə tutulacaq aidiyyəti tapşırıqların icrasını təmin etməlidir.

“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1685) 2.5-ci bəndində “2020-ci və 2021-ci illərin” sözləri “2021-ci ilin” sözləri ilə əvəz edilib və həmin bəndə “etsin” sözündən sonra “və bu məqsədlə 2019-cu il ərzində müvafiq hazırlıq işlərini həyata keçirsin” sözləri əlavə edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz